"Fənərbaxça" derbidən lider çıxdı

00:04 1 Mart 2016

Türkiyə Super Liqasında 23-cü turun son oyunu keçirilib.
Sportarena.az xəbər verir ki, turun mərkəzi qarşılaşmasında "Fənərbaxça" "Beşiktaş"ı qəbul edib. Matç ev sahiblərinin üstünlüyü ilə başlayıb və bu üstünlük 3-cü dəqiqədə bəhrəsini verib. Volkan Şən "Fənərbaxça"nı irəli çıxarıb. Oyunda son nöqtəni isə meydana sonradan daxil olan Nani qoyub. 2:0 hesablı qələbəyə sevinən "Fənərbaxça" 53 xalla lider olub.


Digər xəbərlər

Xəbər xətti