AFFA-nın Məşqçilər Komitəsi klublarla görüşlərini davam etdirir.
Sportarena.az xəbər verir ki, Vaqif Sadıqov, Böyükağa Hacıyev, Şakir Qəribov və Ağasəlim Mircavadovdan ibarət heyət qarşıdakı bir həftə ərzində bölgələrdə olacaq.
Komitə üzvləri əvvəlcə martın 2-də Lənkərana üz tutacaq. Həmin gün futbol üzrə Azərbaycan kuboku yarışlarının dörddəbir final mərhələsi çərçivəsində “Xəzər-Lənkəran”–“Neftçi” matçını izləyəcək mütəxəssislər ertəsi gün cənub klubunun rəhbərliyi və baş məşqçisi ilə görüşəcək.
Martın 3-də Bakıya qayıdacaq heyət bir gün sonra Sumqayıta yollanacaq və yerli komandanın bazasında görüşlər keçirəcək. Komitənin son səfəri isə martın 8-nə təsadüf edəcək. Budəfəki məkan isə Qəbələ olacaq. İki gün Qəbələdə qalacaq məşqçilər bu müddətdə klubun infrastrukturu ilə tanış olacaq, rəhbərliyi və baş məşqçisi ilə müzakirələr aparacaq.(azərtac)