Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
Sportarena.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, bu gün keçirilən iclasda, Azərbaycan Premyer Liqasının XXIII turunun bəzi görüşlərində baş vermiş qayda pozuntularına müvafiq cəzalar qəbul olunub.
Azərbaycan Premyer Liqasının XXIII turunun “Kəpəz” – “Sumqayıt” matçında “Sumqayıt” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.
Azəbaycan Premyer Liqasının XXIII turunun AZAL – “Rəvan” matçının 51-ci dəqiqəsində AZAL klubunun 4 №-li futbolçusu Qvanzav Maqomedov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunub.
Azərbaycan Premyer Liqasının XXIII turunun “Zirə” – “Neftçi” matçında “Zirə” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.
Oyunun 43-cü dəqiqəsində “Neftçi” klubunun 10 №-li futbolçusu Cavid İmamverdiyev ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunub. Oynunun 1-ci hissəsi başa çatdıqdan sonra “Neftçi” klubunun məşqçisi Dimitri Kramarenko qaydaları pozduğuna görə texniki zonadan kənarlaşdırılıb. Bu səbəbdən məşqçi 1 oyun cəzalanır, klub 1000 manat cərimə olunub.
Azərbaycan Premyer Liqasının XXIII turunun “İnter” – “Qarabağ” matçında “İnter” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.