Azərbaycan Premyer Liqasında legioner futbolçulara tətbiq olunan rüsum azaldılacaq.
Sportarena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev jurnalistlərə açıqlamasında bildirib.
PFL prezidenti rüsumun bütün legionerlər üçün 5 min manata endiriləcəyini söyləyib. R.Musayev Klublar Komitəsinin bugünkü iclasında məsələ ilə bağlı müzakirələrin olduğunu və yekun qərarın AFFA İcraiyyə Komitəsinin iclasında veriləcəyini deyib: "Bu qərar ona görə verildi ki, hazırda klubların maddi vəziyyəti böyük məbləğdə legioner rüsumu ödəməyə kifayət etmir. Digər tərəfdən, çempionatda elə də əcnəbi futbolçu yoxdur. Qoy, bu da klublara Od çərşənbəsi hədiyyəsi olsun".
Qeyd edək ki, hazırda legioner rüsumu 20 min manatdır. Amma növbəti illərdə eyni əcnəbi futbolçu komandada qalarsa, məbləğ yarıbayarı azaldılır. Öz ölkələrinin millisində oynayan əcnəbilər üçün isə rüsum alınmır.(sportnet.az)