Junior Osvaldonun durumuna aydınlıq gəldi

13:58 1 Mart 2016

“Kəpəz”in zədəli futbolçusu Junior Osvaldonun durumuna aydınlıq gəlib. 


Sportarena.az klubun rəsmi saytına istinadən xəbər verir ki, zədəli olan və bu səbəbdən sonuncu turda “Sumqayıt”a qarşı matçı buraxmaq məcburiyyətində qalan braziliyalı Maqnit Rezonans Tomoqrafiyasından keçib. 
Yarımmüdafiəçi sağ baldırın arxa əzələsinin dartılmasından əziyyət çəkir.

MRT müayinəsindən sonra klubun tibb personalı tərəfindən müalicəyə başlanılıb. Osvaldo müalicə ilə bağlı komandanın bu günkü məşqini buraxacaq. Sabahdan isə fərdi qaydada məşqlərə başlaya biləcək.  
Juniorun həftəsonu “Rəvan”la keçiriləcək oyuna kimi hazır olub-olmayacağına isə qarşıdakı günlərdə aydınlıq gələcək.   


Digər xəbərlər

Xəbər xətti