"Kəpəz" Bakıda başlayır

14:20 1 Mart 2016

Azərbaycan Premyer Liqasının XXIII turunda “Sumqayıt” ilə Gəncədəki görüşdən sonra “Kəpəz” Bakıya qayıdıb. 


Sportarena.az klubun rəsmi səhifəsinə istinadən xəbər verir ki, oyunun səhəri bərpaedici məşqlə kifayətlənən komanda bir günlük istirahətə buraxılıb və bu gün “sarı-göylər” paytaxtda məşqləri bərpa edəcək.


Gəncə klubu çempionatın XXIV turunda qarşılaşacağı “Rəvan” ilə oyunun hazırlığını həftə ərzində Bakıda keçirəcək. Komandanın bu günə təyin olunan məşqi saat 16:00-da başlayacaq.

Qeyd edək ki, “Rəvan” – “Kəpəz” matçı “Bayıl Arena”da martın 6-da saat 16:00-da start götürəcək.


Digər xəbərlər

Xəbər xətti