"Arsenal"ın yarımmüdafiəçisi Aleks Çemberlenin durumuna aydınlıq gəlib.
Sportarena.az xəbər verir ki, "Barselona" ilə matçda zədələnən futbolçunun iki ay yaşıl meydanlardan uzaq qalacağı bildirilir. Bu barədə komandanın baş məşqçisi Arsen Venger məlumat verib. Onun sözlərinə görə futbolçunun zədəsinin ağır olduğuna görə bir müddət komandaya kömək edə bilməyəcək.