Çinin Huaian şəhərində ümümdünya intellektual oyunları proqramında keçirilən şahmatın blits növü üzrə də yarışlar başa çatıb.
Sportarena.az xəbər verir ki, bu yarışında qalibi Azərbaycan şahmatçısı olub. Həmyerlimiz, beynəlxalq qrossmeyster Rauf Məmmədov aktivinə 19.5 xal yazaraq qızıl medala layiq görülüb. 2-ci yerə 18.2 xalla Rusiya şahmatçısı Yevgeni Tomaşevski , 3-cü yerə isə 18 xalla Hindistanlı Pentala Harikrişna çıxıb.
Digər təmsilçimiz, Şəhriyar Məmmədyarov isə 14.5 xalla 9-cu yerin sahibi olub.
Qeyd edəki, intellektual oyunlarda bu ikinci qızıl medalımız olub. İlk qızıl medalı sürətli şahmat üzrə qalib olan Şəhriyar Məmmədyarov qazanıb.