"Futbolçularımızın hamısı eyni səviyyədə deyil" - Təbriz Həsənov

18:57 1 Mart 2016

“Birinci hissədə pis oynamadıq. Amma fasilədən sonra eyni tempdə davam edə bilmədik. Bunun səbəbi müəyyən qədər yorğunluq olmasıdır”. 

Sportarena.az xəbər verir ki, bu sözləri 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Təbriz Həsənov bu gün Ukrayna millisinə qarşı keçirilən matçdan (0:2) sonra deyib.
 
Baş məşqçi Avropa çempionatına qədər yığma komanda üçün yeni oyunçular axtaracaqlarını vurğulayıb: 
“Bir neçə gün əvvəl Rusiya yığması ilə 2 yoldaşlıq oyunu keçirmişik. Oyunun gedişində müəyyən dəyişikliklər etmək üçün fasilədə əvəzetmələri də sınadıq. Amma bu gün heyətdə olan futbolçuların hamısı eyni səviyyədə deyil. Axtarışlarımız davam edir. Avropa çempionatının başlanmasına təxminən 2 ay vaxt qalır. Çalışacağıq ki, zamandan səmərəli istifadə edək”.

affa.az


Digər xəbərlər

Xəbər xətti