"Rəqib bir neçə səhvə yol verdi və biz bundan yararlana bildik"

19:16 1 Mart 2016

“Maraqlı oyun oldu. Bu komanda ilə ötən ilin avqustunda da iki yoldaşlıq oyunu keçirmişdik və hər iki qarşılaşma heç-heçə başa çatmışdı”. 

Sportarena.az xəbər verir ki, bu sözləri 17 yaşadək futbolçulardan ibarət Ukrayna yığmasının baş məşqçisi Aleksandr Petrakov deyib.
 
Baş məşqçi Azərbaycan yığması  ilə bu gün keçirilən yoxlama oyunundakı qələbəni  (2:0) belə şərh edib: “Ümumiyyətlə, Təbriz Həsənovun rəhbərliyi ilə bu yaş qrupunda çıxış edən Azərbaycan yığmasına qarşı indiyə qədər 4 oyun keçirmişdik və heç birində qalib müəyyənləşməmişdi. Bu gün ilk qələbəmizi qazandıq. Bununla belə, tam üstünlüyümüzün olduğunu düşünmürəm. Sona yaxın rəqib bir neçə səhvə yol verdi və biz bundan yararlana bildik. Futbolçularım daha çox oyun praktikası sarıdan əziyyət çəkir”.
affa.az


Digər xəbərlər

Xəbər xətti