"Mançester Yunayted"in iki zədəli futbolçusu sabah keçiriləcək matçda çıxış edə biləcək.
Sportarena.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Lui Van Qal məlumat verib. Onun sözlərinə görə, sabah "Uotford"a qarşı keçiriləcək matçda komandanın müdafiəçisi Matteo Darmiyan və hücumçu Antoni Marsiyal meydana çıxa biləcək.
Qeyd edək ki, "Mançester Yunayted" - "Uotford" matçı martın 2-si Bakı vaxtı ilə saat 00:00-da start görürəcək.