Bu il Fransada keçiriləcək futbol üzrə Avropa çempionatının müəyyən oyunları təxirə salına və yaxud tamaşaçılarsız keçirilə bilər. Buna səbəb terrorla bağlı təhdidlərdir.
Sportarena.az xəbər verir ki, bu barədə adının açıqlanmasını istəməyən UEFA rəsmisi bildirib:
“Hələ ki mümkün təhdidlərə dair məlumatımız yoxdur, lakin hər şeyə hazır olmalıyıq”.