"Avro-2016"nın matçları azarkeşsiz oynanıla bilər.
Sportarena.az xəbər verir ki, bu barədə UEFA-nın təşkilati işlər üzrə direktoru Martin Kallen məlumat verib. Onun sözlərinə görə Fransada terror təhlükəsi olduğu üçün bəzi matçlar azarkeşsiz oynanıla bilər:
"Hal-hazırda hər hansı bir terror təhlükəsi yoxdur. Lakin, turnir zamanı belə bir təhlükə barədə xəbərlər olacaqsa matçlar təxirə də gedəcək. Təhlükəsizlik səbəbi ilə oyunlar azarkeşsiz oynanıla bilər".