İngiltərə millisinin və "Mançester Yunayted"in hücumçusu Ueyn Runi Dubaya gedib.
Sportarena.az xəbər verir ki, zədəsini bərpa etmək üçün Dubayda istirahət etmək istəyən futbolçu, baş məşqçi Lui Van Qaldan icazə alaraq həyat yoldaşı Kolen Runi ilə Birləşmiş Ərəb Əmirliklərinə yollanıb.
Qeyd edək ki, daha öncə 30 yaşlı futbolçunun zədə səbəbi ilə əməliyyat olunacağı bildirilsə də sonradan həkimlər bu fikirdən daşınıblar.