"Bakı sanki yeni Dubaydır. Burada çox gözəl yeni nəsə tikilir. Azərbaycanın paytaxtı Bakı dünyanın ən gözəl şəhərlərindən biridir. Burada çox şey görmüşəm. Bakıda Avropa şəhərlərində olan ən yaxşı restoranlar, məktəblər və məhkəmələr var”.
Sportarena.az xəbər verir ki, bu sözləri millimizin baş məşqçisi Robert Prosineçki Xorvatiya mətbuatına açıqlamasında qeyd edib.
O, qızının Bakıda beynəlxalq tələblərə cavab verən məktəbdə oxudunuğu bildirib:
“Biz yeni evimizdə xoşbəxtik. Ailəm Azərbaycanda yaşamaqdan narazı deyil. Əksinə çox xoşbəxtik. Lakin həyat yoldaşım tez-tez evdə tək qalır. Buna görə də bir az çətinlik çəkir. Dostların yanında olanda özünü yaxşı hiss edir. Azərbaycanda bir neçə dostumuz var ki, bu da müsbət haldır”.