Fernando Alonso Bakıda keçiriləcək Avropa Qran Prisinin rəsmi səfiri olub.
Sportarena.az xəbər verir ki, bu barədə Bakı Şəhər Halqasının rəsmisi Nigar Arpadarai açıqlama verib. N.Arpadarai bildirib ki, daha geniş açıqlama yaxın saatlarda veriləcək. O, F.Alonsonun Avropa Qran Prisində dördüncü səfir olacağını əlavə edib.
Qeyd edək ki, digər səfirlər Rəhim Əliyev, Gülhüseyn Abdullayev və Tünzalə Ağayevadır.