Bu gün Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyunları keçirilir.
Sportarena.az xəbər verir ki, mərhələnin ilk görüşündə "Xəzər Lənkəran" doğma meydanda "Neftçi" klubunu qəbul edib. Görüşdə 3:2 hesabı ilə qələbə qazanan "ağ-yaşıllar" matçdan sonra qazandıqları qələbəni belə qeyd ediblər.
Xatırladaq ki, "Xəzər Lənkəran" bu gün vurduğu qollarla 91 günlük quru oyunlar seriyasına son verib. Belə ki, komanda son qolunu 2015-ci il dekabr ayının 2-si "Kəpəz"ə qarşı keçirdiyi oyunda vurmuşdu.
Şəkil "Xəzər Lənkəran"ın rəsmi "facebook" səhifəsinə məxsusdur.