“Komanda qarşısına qoyulan minimum tapşırığı yerinə yetirdi. Əsas qələbə qazanmaq idi ki, bunu bacardıq”.
Sportarena.az xəbər verir ki, bu sözləri “Xəzər Lənkəran”ın baş məşqçisi Elbrus Məmmədov deyib.
Ölkə kubokunun 1/4 final mərhələsinin ilk oyunları çərçivəsində keçirilmiş “Xəzər Lənkəran” – “Neftçi” matçı ev sahiblərinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.
Matçdan sonra təşkil olunan mətbuat konfransında “ağ-yaşıllar”ın çalışdırıcısı qələbəni şərh edib: “Bu gün qələbəyə layiq “Xəzər Lənkəran” idi. Amma bu qələbə ilə kifayətlənmək olmaz. Maksimum tapşırıq növbəti mərhələyə keçməkdən ibarətdi. İnşallah, cavab oyununda da vuruşacağıq”.
apasport.az