Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk matçında evdə "Sumqayıt"ı 2:0 hesabıyla məğlub edən "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov oyundan sonra jurnalistlərin suallarını cavablandılrıb.
Sportarena.az xəbər verir ki, Qurbanov bunları deyib:
- Kubok oyunları fərqlidi. Çətin komandaya qarşı oynadıq. Rəqibin futbolçuları bir-birini tamamlayır. "Sumqayıt"a qarşı oyunumuz həmişə çətin alınır. Hər iki komanda yaxşı oyun sərgilədi. Samir Abasova və komandasına uğurlar arzulayıram. Bizi qarşıda iki ağır Sumqayıt səfəri gözləyir. Maksimum əlimizə düşən imkandan istifadə edərək, mərhələ adlamağa çalışacağıq.
- Komanda ikinci hissədə daha yaxşı təsir bağışladı...
- Dəyişən heç nə yox idi. İlk hissədə də qol epizodlarımız oldu. Sadəcə, rəqib intizamlı müdafiə olundu. Ancaq biz də müdafiə xəttində yaxşı oyun sərgilədik. Get-gedə oyunlar daha da çətinləşir. Artıq komandalar bir-birini daha yaxşı tanıyır.
- Samir Abasov oyundan sonra onların lehinə penalti verilməməsiylə bağlı hakimlərə etiraz etdi. Onun dediyinə görə, top Qara Qarayevin əlinə dəymişdi...
- Bu epizodu yaxşı görmədim. Videotəkrara baxmaq lazımdı.
- Rahidin vəziyyəti necədi?
- Rahidin köhnə zədəsi özünü göstərdi. Konkret vəziyyətinin necə olduğunu hələ bilmirik.
- Bu gün bir neçə oyunçuya istirahət vermişdiz. Bunu "Zirə"ylə oyuna görə etmişdiz?
- Futbolçulara istirahət verməyimə səbəb 3 gün öncə "İnter"lə ağır oyun keçirməyimiz idi. Bu gün ancaq "Sumqayıt"la oyunu düşünürdük.
komanda.az