UEFA “Qalatasaray”a ağır cəza tədbiq edib.
Sportarena.az xəbər verir ki, UEFA-nın verdiyi məlumata görə maliyyə “fair-play” qaydalarına əməl etmədiyi üçün İstanbul klubu bir il müddətinə Avropa kubokları yarışlarından xaric edilib.
Bu gün rəsmən açıqlanan qərar "Qalatasaray"ın avrokuboklara vəsiqə qazandığı ilk il üçün tədbiq ediləcək.
Qeyd edək ki, əgər "aslanlar" ardıcıl olaraq 2 il avrokuboklarda iştirak hüququ qazanmasa, o zaman bu qərar ləğv olunacaq.