Roman Qriqorçuk: "Layiqli qələbə qazandıq"

21:28 2 Mart 2016

“Oyundan razı qaldıq. Kubok matçları həmişə gərgin və çətin olur. Bu görüş indiki halda qarşılaşmaların çox olduğu vaxta təsadüf etdi. Bu gün bizim üçün hər şey yaxşı oldu. Layiqli qələbə qazandıq. Həmişə daha yaxşı olmasını istəyirik".

Sportarena.az klubun rəsmi saytına istinadən xəbər verir ki, bu sözləri Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyunları çərçivəsində keçirilən “Zirə” – “Qəbələ” matçından (1:2) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçukun mətbuat konfransında deyib. 

"Cinah oyunçularının keçidlər etməsi, qol vurub, ötürmələr verməsini istəsək də, həmişə belə olmur. Təbii ki, biz də daha yaxşısını istəyirik. Bu gün isə cinahda çıxış edənlərə iradım yoxdur. Sergey Zenyovla Dodo yaxşı çıxış etdi. Bu mövqe üstünlüyündə hücumlarda kəsərin olmaması problemi üzərində işləmələyik. Hücumçu bir neçə oyun qol vurmayanda təzyiq altında olur. Mən də onlara təzyiq edib, gərginlik yaratmır, dəstək olmağa çalışıram. Rəqibin əks-hücumda oynadığını, Ruslan Abışovun nisbətən yorulduğunu nəzərə alıb, onu əvəzlədim. Səhvə görə oyunçunu əvəzləmək fikrindən uzağam. Digər məşqçilərlə həmfikir olub, iki yarışda titul qazanmaq imkanından birinə üstünlük verməsini təsəvvür edə bilmirəm. Hər məşqçi bütün yarışlarda qələbə qazanmaq istəyir”.


Digər xəbərlər

Xəbər xətti