“Mançester Yunayted”in baş məşqçisi Lui van Qal Premyer-liqanın 27-ci mərhələsində “Arsenal”a qarşı matçında yıxılmasını şərh edib.
“Mən təlxək deyiləm. Mən – Lui van Qalam, ilk növbədə insanam və öz klubumun baş məşqçisiyəm. Bu an mənim fəlsəfəmin bir hissəsi deyil.
Düşünürəm ki, onun oyuna heç bir təsiri yoxdur. Meydanda oyunçular düşünməlidir, məşqçi yox”, - Van Qal “Votford” ilə matçdan öncə keçirilən mətbuat konfransında bildirib.
Xatırladaq ki, 64 yaşlı hollandiyalı ehtiyat arbitri qarşısında “Arsenal” futbolçularının simulyasiyası ilə əlqədar yıxılıb.