"Qalatasaray"da ha bir ciddi itki baş verib.
Sportarena.az xəbər verir ki, dünən Türkiyə Kubokunun 1/4 final mərhələsinin cavab oyununda "Akhisar"la keçirilən matçda "Qalatasaray"ın futbolçusu Sabri Sarıoğlu zədələnib. Bu gün tibbi müayinədən keçən futbolçunun 3 həftə yaşıl meydanlardan uzaq qalacağı bildirilib.
Qeyd edək ki, Sabridən əlavə "Qalatasaray"da Aurelien Chedjou, Lionel Karole, Sinan Gümüş və Bilal Kısa da zədəli durumdadır.