Bu gün Türkiyə Kubokunda 1/4 final mərhələsinin cavab oyularında "Fənərbaxça" klubu "Amed Sportiv" ilə qarşılaşıb.
Sportarena.az xəbər verir ki, "Fənərbaxça" bu gün keçirilən cavab matçında, doğma meydanda "Amed Sportiv" klubunu qəbul edib. İlk oyun səfərdə 3:3 hesabı ilə bərabərə qalan "Fənərbaxça" bu gün keçirilən matçda 3:1 hesabı ilə qalib gəlib. İki oyunun nəticəsinə görə yarımfinala yüksələn komanda "Fənərbaxça" olub.