17 yaşadək futbolçulardan ibarət Azərbaycan və Ukrayna yığmaları arasında bu gün keçirilmiş yoldaşlıq oyunundan sonra millimizin baş məşqçisi bunları deyib:
Təbriz Həsənov (Azərbaycan yığmasının baş məşqçisi): “Birinci hissədəki oyunumuz son 4 qarşılaşmada nümayiş etdirdiyimiz ən zəif oyun idi. Fasilədə komanda ilə söhbət etdik və ikinci hissədə nisbətən daha yaxşı oynaya bildik. Bununla belə, hücumda istədyimiz kimi çıxış etmədik. Xüsusilə, kəsərli hücumlar qurmaq üçün sürətimiz çatmırdı. Rusiya və Ukrayna yığmalarını müqayisə etsək, ikincilərin daha güclü olduğunu qeyd edə bilərəm. Keçirdiyimiz 4 oyun çatışmazlıqlarımızın nədən ibarət olduğunu daha qabarıq göstərdi. Problemləri aradan qaldırıb Avropa çempionatında yaxşı çıxış etməyə çalışacağıq”.