"Azərbaycan yığmasının Avropanın güclü komandaları ilə müqayisədə ciddi çatışmazlığı..."

00:47 4 Mart 2016

17 yaşadək futbolçulardan ibarət Azərbaycan və Ukrayna yığmaları arasında bu gün keçirilmiş yoldaşlıq oyunundan sonra rəqiblərin baş məşqçisi qələbəni belə şərh edib:
Oleksandr Petrakov (Ukrayna yığmasının baş məşqçisi): “Çox pis oynadıq. Qələbə qazanmağımıza baxmayaraq, oyunumuzdan narazı qaldım. Xüsusilə fiziki cəhətdən hazırlıqsız olduğumuz hiss olunurdu. Düşünürəm ki, istər Azərbaycan yığmasının, istərsə də bizim Avropanın güclü komandaları ilə müqayisədə ciddi çatışmazlığımız qol vəziyyətlərindən yararlana bilməməyimizdir. Bir qol vurmaq üçün ən azı 3-4 epizod yaratmalıyıq. Müasir futbolda bu, böyük çatışmazlıqdır. Ümid edirəm ki, Avropa çempionatına vəsiqə qazanaraq may ayında yenidən Bakıya gələ biləcəyik”.


Digər xəbərlər

Xəbər xətti