Yeni mövsümdən "Mançester Siti"ni çalışdıracaq Pep Qvardiola komandaya yeni qapıçı gətirmək fikrindədir.
Sportarena.az "Mirror"a istinadən xəbər verir ki, hal-hazırda Almaniyanın "Bavariya" klubunu idarə edən baş məşqçi "Mançester Siti"yə gedərkən qapıçı Manuel Noyeri də özü ilə aparmaq fikrindədir. "Mançester Siti" üçün transfer siyahısı tərtib edən ispaniyalı mütəxəssis, Noyerin də adını həmin siyahıya yazdırıb.
Qeyd edək ki, bu mövsum Almaniya Bundesliqasında "Bavariya" forması ilə 24 oyuna çıxan Noyer, qapısından 13 top buraxıb. "Mançester Siti"nin qolkiperi Coy Hart isə Premyer Liqada çıxdığı 25 oyunda qapısında 26 top görüb.