"Çelsi"nin müdafiəçisi Con Terri bu mövsüm Premyer Liqada inanılmaz nəticələr göstərən "Lester" klubu haqqında fikirlərini bölüşüb.
Sportarena.az xəbər verir ki, kapitan bu barədə verdiyi açıqlamada "Lester"in bu il İngiltərə çempionu olmasını istədiyini bildirib:
"Lester"in bu mövsüm gördüyü işlər inanılmazdır. Tam səmimiyyətlə deyə bilərəm ki, bu il "Lester"in İngiltərə çempionu olmasını istəyirəm. Eyni klubların hər il çempion olması insanlara sıxıcı gələ bilər. Ona görə də komandanın bu uğuru futbol üçün çox gözəl bir hal olar. "Lester" kiçik klublarda özünəinam yaradacaq.
Bir neçə doğru transfer və savadlı məşqçi heyətinin yaxşı düşünülmüş qərarları ilə istənilən klub uğurlu nəticə əldə edə bilər. Necə ki, "Lester" bunu bacarır".
Qeyd edək ki, İngiltərə Premyer Liqasında "Lester" klubu 57 xalla ilk pillədə qərarlaşıb. Onun ən yaxın izləyicisi olan "Tottenhem" klubunun isə 54 xalı var. Bu il uğurlu çıxış edə bilməyən "Çelsi" klubu isə 39 xalla turnir cədvəlinin 10-cu pilləsində yer alıb.