Avropa Liqasının 1/8 final mərhələsində keçiriləcək "Mançester Yunayted" - "Liverpul" cavab matçının başlama saatı dəyişdirilib.
Sportarena.az xəbər verir ki, "Mançester Yunayted"in UEFA-ya müraciətindən sonra qurum, martın 17-i keçiriləcək qarşılaşmanın vaxtını dəyişib. Belə ki, matç əvvəlcədən nəzərdə tutulduğu kimi saat 22:00-da yox, Bakı vaxtı ilə saat 00:05-də keçiriləcək.
Qeyd edək ki, martın 17-i Böyük Britaniyada müqəddəs Patrik günü qeyd olunur. Bu səbəbdən yollardakı tıxacları nəzərə alan "Mançester Yunayted" klubu UEFA-dan matçın vaxtının dəyişdirilməsini istəmişdi.