"Arsenal"da Çex şoku

15:56 4 Mart 2016

"Arsenal" klubu "Tottenhem"lə matç öncəsi ciddi itki ilə üzləşib.

 

Sportarena.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, "Suonsi" ilə matçın (1:2) sonlarında zədələnən  təcrübəli qapıçı Petr Çex bu gün tibbi müayinədən keçib. 

 

Tibbi müayinədən sonra klubun baş məşqçisi Arsen Venger Çexin son durumu barəsində açıqlama verib. Onun sözlərinə görə təcrübəli qolkiper 1 ay yaşıl meydandan uzaq qalacaq.

 

"Çexin zədəsi ciddidir. Oyundan öncə də onun problemi var idi, amma o, matça hazır olduğunu və oynamaqistədiyini bildirdi. O, 33 yaşında təcrübəli bir futbolçudur. Bu səbəbdən onun dediyinə inanıb, oyuna buraxdım".

 

Baş məşqçi zədə səbəbi ilə heyətdən uzaqda qalan Cek Vilşer və Kosielni haqqında da fikir bildirib:

"Kosielninin zədəsi o qədər də ciddi deyil. Amma növbəti oyunu buraxmalı olacaq. Vilşerin isə 1 ay ərzində meydanlara geri dönməsi gözlənilir".


Digər xəbərlər

Xəbər xətti