Azərbaycan Premyer Liqasında XXIV turun hakim təyinatlarında dəyişiklik edilib.
Sportarena.az xəbər verir ki, mart ayının 5-də keçiriləcək “Xəzər Lənkəran” – AZAL matçının hakim-inspektoru dəyişdirilib. Belə ki, hakim-inspektor funksiyasını Kərim Ağayev deyil, Fazil Mürşüdov yerinə yetirəcək.