“Bütün oyunlara eyni səviyyədə hazırlaşırıq. Kubok oyunu olsun və ya çempionat oyunu olsun, hamısına eyni hazırlaşırıq. Amma bildiyiniz kimi artıq çempionatda heç bir şansımız yoxdur , o səbəbdən ümidimiz yalnız kubokadır. İlk oyunda qələbə qazandıq. Cavab görüşündə də var gücümüzlə çalışıb qalib gələcəyik.”
Bu sözləri sportarena.az saytının əməkdaşının suallarını cavablandıran “Xəzər Lənkəran”ın gənc futbolçusu İbrahim Qədirov deyib.
- “Neftçi” ilə kubok matçında qələbə qolunun müəllifisən. Və həmin qolla “Xəzər Lənkəran”ın tarixində kubok matçlarında qol vuran ən gənc futbolçu oldun...
- Neçə oyundurki qol vura bilmirdik. Qolu kimin vurması həqiqətən önəmli deyildi həmin oyunda. Düzdür mən vurduğum üçün sevinirəm amma əsas həmin oyunda qələbə idi. Doğrusu desəm qol vuran ən gənc futbolçu Elnur Cəfərovu bilirdim. Özümü bilmirdim. Sonradan “Facebook”da gördüm. Bu mənim üçün uğurdur, davamlı olmasını istəyərəm. Bu uğuru qazandım deyə hər şey yaxşıdı demək də, düzgün deyil.
- “Neftçi” ilə oyunda fərqləndin və bütün diqqətlər artıq sənin üzərindədir. Özünü sübut edə biləcəksənmi?
- Bundan sonra daha artığını etməliyəmki, diqqətdə olum. Həm klubda, həm digər yerlərdə bunun təsadüf olduğunu deməsinlər. Çalışacamki uğurlarım davamlı olsun.
- Çempionatda AZAL-la qarşılaşacaqsınız. Bu oyunda qələbəyə ümid var?
- Biz bütün oyunlara qələbə üçün çıxırıq. Özünüz də görürdünüz ki, bütün komandalarla başabaş mübarizə apar bilirik. Lakin tək çatışmamazlığımız qol idi. Bu problemimizi də “Neftçi” ilə oyunda aradan qaldırdıq. AZAL-la oyunda da qələbə üçün meydana çıxacağıq.
- Artıq çempionatda yüksək yerlər üçün şansınız qalmıyıb. Düşünmək olarmı ki, AZAL-la oyunda tam gücünüzlə mübarizə aparmayıb, gücünüzü “Neftçi” ilə kubok oyununa saxlayacaqsınız?
- Xeyir elə fikirləşmirik. Heç məşqçilər də bunu bizə deməyib. Kubok oyununda necə mübarizə aparırdıqsa, çempionatda da eyni güclə mübarizə aparacağıq. “Xəzər Lənkəran” bu yerlərə layiq komanda deyil. Cavanlar olsa belə biz xal yığıb yüksək pillələrdə qərarlaşmaq istəyirik.
- “Neftçi” ilə ilk oyunda qələbə qazandınız. Cavab oyununda heç-heçə də sizi qane edir. Hesabı saxlamağa çalışacaqsınız yoxsa bununla kifayətlənməyib qol vurmaq üçün atılacaqsınız?
- Bərabərliyə oynayacağımızı deməyim düz olmaz. Çətin olacağını bilirik amma səfərdə də qələbə üçün meydanda olacağıq.
Vüsal Yalçınoğlu