Dortmund “Borussiya”sının yarımmüdafiəçisi İlkay Gündoğan yayda komandasını dəyişmək niyyətindədir.
Almaniya yığmasının 25 yaşlı futbolçusuyla “Barselona”, “Yuventus” və “Arsenal” kimi komandalar maraqlanırdı. Amma Gündoğan mətbuata açıqlamasında “Mançester Siti”yə keçmək və Xosep Qvardiolanın rəhbərliyi altında işləmək istədiyini bildirib.
Xatırladaq ki, ötən ay “Borussiya” türk əsilli oyunçunun İngiltərə klubuyla anlaşdığı barədə xəbərləri təkzib etmişdi. Gündoğanın Dortmund klubuyla cari müqaviləsinin müddəti 2017-ci ilin yayında başa çatacaq.