"Çelsi"nin sahibi Roman Abramoviç yayda komandanın yeni baş məşqçisinin kimliyini müəyyənləşdirib.
Sportarena.az xəbər verir ki, fevralın sonunda Abramoviç klubun Kobxemdəki bazasında futbolçulara Kontnin yaydan etibarən baş məşqçi olacağını bildirib.
Hazırda Konte İtaliya millisini çalışdırır. Avropa çempionatından sonra onun yığmayla müqaviləsi bitir.