2016-cı ilin Yay Olimpiya oyunlarında qaçqınlar komandası da iştirak edəcək.
Bu barədə qərarı Beynəlxalq Olimpiya Komitəsinin (BOK) İcraiyyə Komitəsi qəbul edib.
Sportarena.az BOK-un mətbuat xidmətinə istinadən xəbər verir ki, komandaya 10 nəfərədək müxtəlif idman növlərində çıxış edən idmançılar daxil olacaq. Onlar Olimpiya bayrağı altinda çıxış edəcəklər və qalib gələcəkləri təqdirdə onların şərəfinə Olimpiya himni səsləndiriləcək
BOK həmçinin bu idmançıları Olimpiya forması ilə təmin edəcək, onların xərclərini isə BOK-un nəzdində olan “Olimpiya həmrəyliyi” ödəyəcək.