Uzun müddətdir zədədən əziyyət çəkən "Qalatasaray"ın 34 yaşlı futbolçusu Hamit Altıntop yenidən ciddi zədə alıb.
Sportarena.az xəbər verir ki, məşq zamanı ayağı qırılan Altıntop üçün mövsüm erkən bitib.
Qeyd edək ki, Hamit bu mövsüm heç bir matçda meydana çıxmayıb.