İngiltərənin "Liverpul" klubu ciddi itki ilə üzləşib.
Sportarena.az xəbər verir ki, "Mançester Siti" klubu ilə İngiltərə kubokunun finalında qarşılaşan "Liverpul" klubunun müdafiəçisi Lukas Leyva zədələnib. Tibbi müayinədən keçən futbolçunun 6 həftə yaşıl meydanlardan uzaq qalacağı bildirilib.
Qeyd edək ki, futbolçu penalti zərbəsini yerinə yetirərkən əzələsini dartıb.