"Xəzər Lənkəran"nın sabiq qapıçısı Vyekoslav Tomiç karyerasını Sloveniyada davam etdirəcək.
Sportarena.az xəbər verir ki, xorvatiyalı qolkiper bu ölkənin "Koper" klubu ilə rəsmi müqavilə imzalayıb.
Qeyd edək ki, 2014/2015 mövsümündə "Xəzər Lənkəran"da çıxış edən Tomiç Lənkəran təmsilçisinin heyətində 21 oyun keçirib.