"Kəpəz"in futbolçusu: "Başqa yolumuz yoxdur"

14:19 5 Mart 2016

“Son oyunlarda çox xallar itirmişik, ona görə mütləq qələbə qazanmalıyıq. Avroliqaya vəsiqə qazanmaq istəyiriksə, qarşıdakı matçı üç xalla başa vurmaq məcburiyyətindəyik, başqa yolumuz yoxdur”. 

Sportarena.az klubun rəsçi saytına istinadən xəbər verir ki, bu sözləri “Kəpəz”in futbolçusu Ceyhun Cavadov deyib. Azərbaycan Premyer Liqasının XXIV turunda qarşılaşacaqları “Rəvan” ilə oyun haqda danışarkən gənc yarımmüdafiəçi bunları bildirib: 
“Hazırlığımız yüksək səviyyədə keçib, həftə boyunca məşq etmişik. Oyuna kimi tam hazır olacağıq. Komandada əhval-ruhiyyə yerindədir. Meydana qələbə üçün çıxacağıq”.
 
Mövsümün əvvəlində “Rəvan”dan icarəyə götürülən Ceyhun Cavadov cari çempionatda müqavilə ilə məxsus olduğu kluba qarşı bir görüşdə oynayıb. O, ilk dövrədə Bakıda “Kəpəz”in 0:2 hesablı qələbəsi ilə nəticələnən oyunun iştirakçısı olub. Cavadov yenə baş məşqçidən şans gözləyir: “Şahin Diniyevə minnətdaram, mənə oynamağa, özümü göstəməyə imkan yaradır. Son turda “Sumqayıt”a qarşı matçda start heyətində meydana çıxdım. “Rəvan” ilə görüşdə də oynamaq istəyirəm, baş məşqçimiz məni hazır saysa, nə bacarıramsa, meydanda qoyacağam. Rəqib də güclü komandadır. Onların turnir cədvəlində sonuncu pillədə olması bizi aldatmamalıdır. Son oyunları yaxşı oynayırlar, rahatlaşmaq olmaz”.


Digər xəbərlər

Xəbər xətti