"Neftçi"nin baş məşqçisi Əsgər Abdullayev istefa verib.
Sportarena.az xəbər verir ki, mütəxəssis bunu Azərbaycan Premyer Liqasının XXIV turunda "Qəbələ"yə məğlub olduqları matçdan sonra keçirilən mətbuat konfransında açıqlayıb.
Növbəti məğlubiyyətini alan Ə.Abdullayev mətbuat konfransında baş məşqçi postundan istefa verdiyini və bu barədə klub rəhbərliyinə bildirdiyini qeyd edib. Baş məşqçi başqa heç bir sualı cavablandırmayıb.
Qeyd edək ki, bu gün keçirilən "Neftçi" - "Qəbələ" matçında "ağ-qaralar" hesabı açsa da, yekunda 1:2 hesabı ilə məğlub olub.