"Fənərbaxça" Nanini heyətə daxil etmədi

18:20 5 Mart 2016

"Fənərbaxça" ciddi itki ilə üzləşib.

Sportarena.az xəbər verir ki, "Fənərbaxça" klubu Türkiyə Superliqasının XXIV turunda "Akhisar"la qarşılaşacağı matçın heyətini açıqlayıb. 20 futbolçunun yer aldığı heyətdə zədə səbəbi ilə portuqaliyalı ulduz futbolçu Nani daxil edilməyib.

Qeyd edək ki, 6 mart tarixində keçiriləcək "Akhisar" - "Fənərbaxça" matçı Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.


Digər xəbərlər

Xəbər xətti