Premyer Liqanın XXIV turunda doğma meydanda AZAL-a minimal hesabla məğlub olan “Xəzər Lənkəran” qısa fasilədən sonra məşq edəcək.
Sportarena.az xəbər verir ki, komanda martın 5-də AZAL-la keçirilən oyunun ardından özünün baza-otelində istirahətə çəkilib. Lakin bu istirahət cəmi 24-saat sürəcək. Belə ki, komanda martın 6-də saat 16:00-da məşqə çıxacaq. Daha iki gün Lənkəranda hazırlaşdıqdan sonra “Xəzər Lənkəran” paytaxta yollanacaq.
Qeyd edək ki, “Xəzər Lənkəran” ölkə kubokunun 1/4 final mərhələsinin cavab oyunları çərçivəsində mart ayının 9-da səfərdə “Neftçi” ilə qarşılaşacaq.(12cioyuncu.info)