Dünya Kubokunun ilk günü idmançılarımız üçün uğurlu keçdi

10:47 6 Mart 2016

Dünən Bakıda ilk dəfə keçirilən batut gimnastikası üzrə FIG Dünya Kubokunun ilk günü təsnifat mərhələsi keçirilib.

 

Sportarena.az xəbər verir ki, təsnifat mərhələsinin nəticələrinə əsasən qadınlar arasında fərdi çıxış proqramında Azərbaycan gimnastı Svetlana Makştarova finalda çıxış etmək hüququ qazanıb. O, Sabina Zaytseva ilə birlikdə həmçinin qadınların sinxron proqramı üzrə final mərhələsində də ölkəmizi təmsil edəcək.

 

Kişilərdən ibarət sinxron cütlüklər arasında finalda isə idmançılarımız Dmitriy Fedorovskiy və Ruslan Ağamirov çıxış edəcəklər.

 

Batut gimnastikası üzrə FIG Dünya Kubokunun final mərhlələri yarışların sonuncu günü bu gün keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti