“Gərgin oyun oldu. Belə olacağını bilirdik, ona görə də ciddi hazırlaşmışdıq. Lənkəran stadionu mənə doğmadır. Ona görə üzərimdə məsuliyyət hiss edirdim. Kimlərəsə nəyisə sübut etmək istəyirdim. 3 xalı qazandığımız üçün sevinirəm.”
Bu sözləri “Xəzər Lənkəran”a 1:0 hesabı ilə qalib gələn AZAL-ın futbolçusu İlqar Ələkbərov sportarena.az-a açıqlamasında deyib.
Sabiq “Xəzər Lənkəran”lı futbolçu Lənkərandan ayrılmasının rəhbərliyin qərarı olduğunu da vurğulayıb:
“Hər oyuna hazırlaşdığım kimi hazırlaşmışdım bu oyuna. Amma ayrıldığın komandalarla oyunda istəyirsənki, yaxşı oyun göstərəsən. Bilmirəm bu məndə necə alındı amma yaxşı oyun göstərməyə çalışdım. Mənim “Xəzər Lənkəran”dan ayrılmağım futboluma aid deyildi. Bilmirəm rəhbərlik məni bəyənmədi, ya başqa nəsə. Bu onların öz qərarları idi, qərarlarına da hörmətlə yanaşıram.”