Şimali İrlandiyanın "Portadaun" komandasının baş məşqçisi Ronni Makfoll istefaya göndərilib.
Sportarena.az xəbər verir ki, mütəxəssis 1986-cı ildən "Portadaun" klubunun baş məşqçi vəzifəsində olub. Bu isə onun 29,5 il komandanı çalışdırması deməkdir.
Qeyd edək ki, Aleks Ferqüssonun istefasından sonra Makfoll Avropada bir komandada ən uzun müddət məqşçilik edən mütəxəssis idi.