Premyer Liqasının XXIV turu çərçivəsində keçirilmiş “Neftçi” – “Qəbələ” (1:2) matçından sonra təşkil olunmuş mətbuat konfransında “Neftçi” PFK-nın baş məşqçisi Əsgər Abdullayev istefa verdiyini açıqlayıb.
Sportarena.az klubun rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçinin istefası klub rəhbərliyi tərəfindən qəbul olunub. “Neftçi” PFK-nın əsas heyətinin baş məşqçisi vəzifəsi müvəqqəti olaraq klubun idman direktoru Vəli Qasımova həvalə edilib.