"Xəzər Lənkəran"ın kapitanı: "Lənkəran azarkeşlərinin gözlədiyi..."

12:38 6 Mart 2016

“Bütün oyunlara olduğu kimi bu oyuna da ciddi hazırlaşmışdıq. Biraz bəxtsizlik də oldu. Epizodlarımız oldu qol vurmaq üçün amma dəyərləndirə bilmədik. Birinci hissədə komanda yoldaşlarım sanki oyunlarını tapa bilməmişdilər. Birinci hissəyə baxanda ikinci hissədə daha yaxşı oynadıq. Penalti epizoduna gəlincə, mənə elə gəlirki, doğru qərar idi.”

Bu sözləri AZAL-a 0:1 hesabı ilə məğlub olan “Xəzər Lənkəran”ın kaptanı Tural Cəlilov sportarena.az-a açıqlamasında deyib.

 

Cəlilov kubokda qarşılaşacaqları “Neftçi” ilə cavab  oyunundan da danışıb:

“Bu oyunda qələbə qazanmaq istəyirdik amma alınmadı. Əsas diqqətimizi kubokda  “Neftçi” ilə cavab oyununa yönəltmişik. Lənkəran azarkeşlərinin gözlədiyi “Neftçi” ilə matçdır. Bizdə çalışacağıqki, mərhələni keçək. Bizim üçün ən vacib budur.”


Digər xəbərlər

Xəbər xətti