Sosa "Beşiktaş"dan ayrılır?

16:15 6 Mart 2016

"Beşiktaş" klubunun yarımmüdafiəçisi Xose Sosa mövsüm sonunda komandadan ayrıla bilər.


Sportarena.az xəbər verir ki, bu barədə klubun prezidenti Fikrət Orman məlumat verib. Onun sözlərinə görə komanda mövsüm sonunda Türkiyə çempionu olacağı təqdirdə argentinalı futbolçunun klubdan ayrılmasına icazə verəcək. Prezident bildirib ki, futbolçunu almaq istəyən komanda 5 milyon avrosundan keçməli olacaq.

Qeyd edək ki, mövsümün əvvəlində "Estudiantes", qış transper pəncərəsində isə "River Pleyt" Sosa üçün "Beşiktaş" klubuna təklif göndərsə də, klub bu təklifləri rədd edib.


Digər xəbərlər

Xəbər xətti