"Vest Bromviç"in 22 yaşlı hücumçusu Saydo Beraxinyo mövsümün sonunda "Tottenhm"ə keçəcək.
Sportarena.az xəbər verir ki, klublar futbolçunun transferində razılıq əldə edib.
Qeyd edək ki, "Tottenhem" futbolçunu yayda heyətinə qatmaq istəyirdi. Lakin "Vest Bromviç" "Tottenhem"in 25 milyon funt sterlinqlik təklifini rədd etmişdi.