Futbol qaydalarında inqilabi dəyişiklik

16:56 6 Mart 2016

FİFA-nın prezidenti vəsifəsinə seçilən Canni İnfantino futbol qaydalarında inqilabi dəyişikliklər etməyə hazırlaşır.

Sportarena.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, Beynəlxalq Futbol Assosiasiyası Şurasının ötən gün baş tutan yığıncağında bir sıra vacib qərarlar qəbul edilib..
 
Yeni qaydalara görə, matçların daha ədalətli idarə edilməsi üçün, hakimlər mübahisəli epizodların videotəkrarına baxa biləcəklər. Amma bu qaydaların yalnız mübahisəli qol epizodlarında istifadə olunacağı gözlənilir.

Daha bir qayda isə oyunçu dəyişiklikləri ilə bağlıdır. Belə ki, komandalar matça əlavə edilmiş vaxtda 4-cü oyunçu dəyişikliyindən istifadə edə biləcəklər.
 
Bundan əlavə,  matçın start fitindən sonra topa ilk zərbəni vuran oyunçu onu istənilən istiqamətə göndərə biləcək. Bu vaxta kimi isə topu ancaq meydanın rəqibə aid hissəsinə vurmaq lazım idi.
 
Qəbul edilən ən vacib qərar isə üçqat cəza sisteminin ləğv edilməsidir. Belə ki, qapıçı və ya müdafiəçi adi mübarizə şəraitində penaltiyə səbəb olarsa, ona qırmızı deyil, sarı vərəqə göstəriləcək. Xüsusi kobudluq hallarında isə qırmızı vərəqə cəzası qüvvədə olacaq.
 
Prezident İnfantino bildirib ki, bu qaydalar iyunun 1-dən qüvvəyə minəcək və AVRO-2016-da və Amerika Kubokunda ilk dəfə istifadə olunacaq.


Digər xəbərlər

Xəbər xətti